Avro Liqada həftənin oyunçusu kim olacaq?

Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda Dioqo Jota (“Vulverhempton”), Yanis Haci (“Reyncers”), Lusiano Vietto (“Sportinq”) və Daiçi Kamada (“Ayntraxt”) yer alıb. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində qalib müəyyənləşəcək.

0 comments