Avrokubokların vaxtı açıqlandı

2020/21 mövsümü avrokubokların qrup oyunlarının başlama vaxtı bəlli olub.

90plus.az xəbər verir ki, bu barədə İspaniyanın sports.es saytı məlumat yayıb.

Bildirilir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinə oktabrın 20-si, Avropa Liqasının qrup oyunlarına isə oktyabrın 21-i start vermək niyyətindədir.



Bundan başqa, qitənin ali futbol qurumu Azərbaycan klublarının da qatılacağı avrokubokların təsnifat mərhələsi ilə bağlı da müzakirə aparıb. Hələlik bununla bağlı tarix bilinməsə də, avrokubok yarışlarının iyulun sonu, avqustun əvvəlləri və ya ortaları başlanması planlaşdırılıb. Yerli liqaların bitəcəyi vaxt avrokubokların vaxtlarının müəyyənləşdirilməsində əsas baza rolunu oynayacaq.


İspan jurnalistlər əldə etdikləri sənədə istinadla yazırlar ki, UEFA yerli çempionatların uzağı iyulun 31-nə kimi başa vurulmasını istəyir. Bu da səbəbsiz deyil. Çünki iyunun 30-da müqaviləsi başa çatacaq oyunçulara koronavirus pandemiyasına görə çempionatların dayanması ilə əlaqədar müqavilələrini bir ay müddətinə uzatmaları

0 comments