
Avrokuboklarda bu mövsümün final oyunlarına hakim təyinatları açıqlanıb.
90plus.az xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:
31 may
Avropa Liqası, final
"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)Hakimlər: Entoni Teylor, Qari Beşvik, Adam Nun, Maykl Oliver (hamısı İngiltərə)Macarıstan, "Puşkaş Arena")
7 iyun
Konfrans Liqası, final
23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)Hakimlər: Karlos Del Serro Qrande, Paul Sebrian Devis, Quadalupe Porra Ayuso (hamısı İspaniya)Çexiya, "Fortuna Arena"
10 iyun
Çempionlar Liqası, final
23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomas Listieviç (hamısı Polşa), İstvan Kovaç (Rumıniya)Türkiyə, Atatürk Olimpiya Stadionu