Avrokuboklarda ilk təmsilçimiz bəlli oldu!



"90plus" xəbər verir ki, bu, "Sumqayıt"dır. Komanda sonuncu turda "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "Sabah"a 1:2 hesabı ilə uduzub. Bu nəticələrdən sonra Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 39 xalla 3-cü olub. "Zirə" isə 38 xalla 4-cü pillə ilə kifayətlənib. "Sumqayıt" 3-cü yerini sahibi kimi avrokuboklara vəsiqəni təmin edib.




Konfrans Liqasında iştirak edəcək növbəti təmsilçimiz isə "Neftçi" - "Qarabağ" matçından sonra müəyyənləşəcək. İkinci yeri tutacaq komanda Konfrans Liqasında, 1-ci yerin sahibi isə Çempionlar Liqasında oynayacaq.

"Sumqayıt" Azərbaycan kubokunun finalında mayın 24-ü "Keşlə"yə qalib gəlsə, o zaman kuboku qalibi kimi Konfrans Liqasına qoşulacaq. Bu halda isə "Zirə" də Konfrans Liqasında iştirak edəcək.

0 comments