top of page

Avrokuboklarda qalan tək ingilis klubu odur


”Aston Villa” avrokuboklarda 1/4 finala yüksələn yeganə İngiltərə komandasıdır.


90plus.az xəbər verir ki, “Mançester Siti” və “Arsenal“ Çempionlar Liqasında mübarizəni dayandırıbsa, “Liverpul” və “Vest Hem” Avropa Liqasında 1/4-də dayanıb.


Yalnız “Aston Villa” penaltilər seriyasında Fransa “Lill”ini məğlub edərək Konfrans Liqasının yarımfinalına haqq qazanıb.


Qeyd: Bu mərhələdə “Aston Villa”nın rəqibi “Olimpiakos” (Yunanıstan) olacaq.

0 comments
bottom of page