top of page

Avrokubokların ən sürətli het-trik edən futbolçusu

"Gent"in futbolçusu Gift Emmanuel Orban avrokuboklarda yeni rekorda imza atıb.


90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu buna Konfrans Liqasının 1/8 final mərhələsində "Başakşehir"lə cavab oyununda (4:1) nail olub. O, 31, 32 və 34-cü dəqiqələrdə fərqlənməklə 3 dəqiqə 25 saniyəyə het-trik edib. Bu, UEFA-nın bayrağı altında keçirilən klub turnirlərində ən sürətli het-trik kimi qeydə alınıb.


Əvvəlki rekord isə Məhəmməd Salaha ("Liverpul") məxsus idi - 6 dəqiqə 12 saniyə.


Qeyd edək ki, Orban Konfrans Liqasında ilk qolunu pley-off-da "Qarabağ"a vurub (cavab matçı).

0 comments
bottom of page