Avroliqa - 1/8 finalçılar


Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

90olus.az xəbər verir ki, bu gün 15 matç keçirilib. Bu görüşlərdən sonra bütün 1/8 finalçılar müəyyənləşib. Nəticələrə əsasən, "Ayaks", "Vilyarreal", "Qranada", "Şaxtyor" (Donetsk), "Molde", "Reyncers" , "Arsenal", "Mançester Yunayted", "Milan", "Roma","Yanq Boyz", "Dinamo" (Zaqreb),"Olimpiakos", "Slaviya" və "Dinamo" (Kiyev) klubları növbəti mərhələyə yüksəliblər.


Qeyd edək ki, "Tottenhem" dünən "Volfsberq"ə 4:0 hesabı ilə qalib gələrək ilk 1/8 finalçı olub. 25 fevral 1/16 final mərhələsi, cavab oyunları 21:55. “Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1 İlk oyun - 2:1 21:55. “Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail) - 1:0 İlk oyun - 2:0 21:55. “Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1 İlk oyun - 0:2 21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç) - 0:2 İlk oyun - 3:3 21:55. “Vilyarreal” (İspaniya) - "Zalsburq” (Avstriya) - 2:1 İlk oyun - 2:0 21:55. “Reyncers” (Şotlandiya) - "Antverpen” (Beçlika) - 5:2 İlk oyun - 4:3 21:55. “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 3:2 İlk oyun - 1:1 00:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) - 0:1 İlk oyun - 1:1 00:00. PSV (Niderland) - “Olimpiakos (Yunanıstan) - 2:1 İlk oyun - 2:4 00:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 0:2 İlk oyun - 3:4 00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya) - 1:0 İlk oyun - 3:2 00:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:1 İlk oyun - 2:0 00:00. “Lester” (İngiltərə) - “Slaviya” (Çexiya) - 0:2 İlk oyun - 0:0 00:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 1:1 İlk oyun - 2:2 00:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 0:0 İlk oyun - 4:0

0 comments