Avroliqa - 1/8 finalın püşkü atıldı!



Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. 90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədirdə 1/8 finala yüksələn 15 komanda və cavab oyunu bu gün keçiriləcək bir cüt iştirak edib. Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb. Eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə də məhdudiyyət qoyulmayıb. Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər” də rəqibini tanıyıb. İstanbul klubu 1/8 finalda “Kopenhagen”lə qarşılaşacaq. İlk matç Türkiyədə olacaq.  Avropa Liqası 1/8 final “Başakşəhər” (Türkiyə) - “Kopenhagen” (Danimarka) “Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə) “Reyncers” (Şotlandiya) - “Bayer” (Almaniya) “Volfsburq” (Almaniya) - “Şaxtyor” (Ukrayna) “İnter” (İtaliya) - “Xetafe” (İspaniya) “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) “Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) cütünün qalibi - “Bazel” (İsveçrə) LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə) Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.

0 comments