Avroliqa: 7 oyunun nəticəsi!


UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 7 oyunu keçirilib.

90plus.az ın məlumatına görə, bununla da bu raundun ilk görüşlərinə yekun vurulub. "Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış İspaniya "Vilyarreal"ı Avstriyada "Zaltsburq"la üz-üzə gəlib. La Liqa təmsilçisi Pako Alkaser və Fer Ninyonun qolları ilə səfərdə qələbə qazanıb. Təl-Əviv "Makkabi"si isə İsraildə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını sınağa çəkib. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 0:2. İtaliya "Napoli"si İspaniyada "Qranada"ya eyni hesabla uduzub. Portuqaliyanın "Benfika" və İngiltərənin "Arsenal" komandaları arasında İtaliyada baş tutan matçda isə qalib müəyyənləşməyib - 1:1. 00:00. “Lill” (Fransa) - “Ayaks” (Niderland) - 1:2 Qollar: Timoti Vea, 72 - Duşan Tadiç, 87 (penalti) 00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Şaxtyor (Donetsk, Ukrayna) - 0:2 Qol: Alan Patrik, 31 00:00. “Qranada” (İspaniya) - “Napoli” (İtaliya) - 2:0 Qollar: Yanhel Errera, 19, Kenedi, 21 00:00. “Molde” (Norveç) - “Hoffenhaym” (Almaniya) - 3:3 Qollar: Martin Ellinqsen, 41, Eyrik Ulland Andersen, 70, David Fofana, 74 - Munas Dabbur, 8, 28, Kristof Baumqartner, 45+3 00:00. “Zaltsburq” (Avstriya) - “Vilyarreal” (İspaniya) - 0:2 Qollar: Pako Alkaser, 41, Fer Ninyo, 71 00:00. “Antverpen” (Beçlika) - “Reyncers” (Şotlandiya) - 3:4 Qollar: Felipe Avenatti, 45, Lior Rafaelov, 45+8 (penalti), Martin Honqla, 67 - Co Aribo, 42, Borna Barişiç, 59 (penalti) 00:00. “Benfika” (Portuqaliya) - “Arsenal” (İngiltərə) - 1:1 Qollar: Pitsi, 55 (penalti) - Bukayo Saka, 57 Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24 - 25 fevralda gerçəkləşəcək.


0 comments