top of page

Avroliqa və Konfrans Liqasında ən yaxşılar…


Avropa Liqasında və Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu bilinib.


90plus.az xəbər verir ki, Avroliqada "Atalanta"nın müdafiəçisi Berat Cimsiti, Konfrans Liqasında isə  "Brügge"nin hücumçusu Ferran Cucla UEFA-nın saytında keçirilən səsvermədə 1-ci olub.

Qeyd: B.Cemsiti Avroliqanın 1/4 finalında "Liverpul"a qarşı cavab matçında müdafiədə inamlı oyunu ilə seçilib.

Cucla isə Konfrans Liqasının 1/4 finalında PAOK-a 2:0 hesabı ilə qalib gəldikləri cavab matçında 2 qol vurub.

0 comments
bottom of page