Avroliqada 1/4 və yarımfinal cütlükləri bilinir...


Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılacaq.

90plus.az ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

1/4 finalda İngiltərənin "Arsenal", "Mançester Yunayted", İtaliyanın "Roma", İspaniyanın "Vilyarreal", "Qranada", Xorvatiyanın "Dinamo" (Zaqreb), Niderlandın "Ayaks" və Çexiyanın "Slaviya" (Praqa) klubları mübarizə aparacaq.

1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları 1 həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel - 6 mayda olacaq.

Avropa Liqası

1/4 finalın iştirakçıları

"Ayaks" (Niderland)

"Arsenal" (İngiltərə)

"Dinamo" Zaqreb (Xorvatiya)

"Qranada" (İspaniya)

"Mançester Yunayted" (İngiltərə)

"Roma" (İtaliya)

"Slaviya" Praqa (Çexiya)

"Vilyarreal" (İspaniya)

Qeyd edək ki, tədbirdə həmçinin Avropa Liqasının final matçının nominal ev sahibini müəyyənləşdirmək üçün püşkatma olacaq. Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.

0 comments