Avroliqada 1/8 final mərhələsinin ilk görüşləri keçirilib 

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

90plus.az xəbər verir ki, bu gün 6 oyun keçirilib. Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” “Kopenhagen”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" matçları koronavirus səbəbindən təxirə salınıb. Qeyd edək ki, cavab görüşləri martın 19-da keçiriləcək. 12 mart 21:55. “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) - 0:3 Qollar: Kampo, 27, Bua, 73, Frey, 85 21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) - 1:0 Qol: Vişça, 88-pen 21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) - 0:5 Qollar: İqalo, 28, Ceyms, 58, Mata, 82, Qrinvud, 90+2, Pereyra, 90+3 00:00. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) - 1:1 Qollar: Əl Arabi, 54 – Neto, 67 00:00. “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) - 1:3 Qollar: Edmundsson, 75 – Haverts, 37, Aranquiz, 67, Beyli, 88 00:00. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) - 1:2 Qollar: Bruks, 48 – Moraes, 17, Antonio, 73

0 comments