Avroliqada finalçılar bəllidir!

Updated: May 7


Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. 90plus.az xəbər verir ki, ilk matçda "Arsenal"ı evdə məğlub edən "Vilyarreal" bu dəfə İngiltərədə qüvvəsini sınayıb. Matç qolsuz bərabərliklə başa çatıb. Bununla da, İspaniya təmsilçisi finala yüksəlib. "Mançester Yunayted" isə 6:2 hesabı ilə qalib gəldiyi "Roma" ilə İtaliyada qarşılaşıb və 2:3 hesabı ilə uduzub. İki görüşün nəticəsinə əsasən İngiltərə klubu finala adını yazdırıb. Beləliklə, həlledici oyunda "Vilyarreal" və "Mançester Yunayted" üz-üzə gələcək. Final matçı mayın 26-ı Polşanın Qdansk şəhərində keçiriləcək. UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları

23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 0:0 İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2 Qollar: Kavani, 39 (0:1), Ceko, 57 (1:1), Kristante, 60 (2:1), Kavani, 69 (2:2), Telles, 83-avtoqol (3:2) İlk oyun - 2:6

0 comments