Avroliqada həftənin ən yaxşısı

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

90plus.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq birinci olub. O, səsvermədə "Tottenhem"dən Dele Alli, "Reyncers"dən Alfredo Morelos və "Molde"dən Andreas Lindeni qabaqlayıb.


Qeyd edək ki, Obameyanq Avroliqanın 1/16 finalında "Benfika" ilə cavab oyununda (3:2) dubla imza atıb.

0 comments