Avroliqada həftənin ən yaxşısı bəlli olub!

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.


"90plus"un məlumatına görə, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumameylli yarımmüdafiəçisi Mislav Orşiç layiq görülüb.



29 yaşlı oyunçu evdə İngiltərə "Tottenhem"inə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Zaqreb təmsilçisi məhz bu qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

0 comments