Avroliqanın finalı fransız hakimlərdə

Avropa Liqasının finalında keçiriləcək "Vilyarreal" - "Mançester Yunayted" oyununa hakim təyinatları açıqlanıb.

90plus.UEFA-nın saytına istinadən xəbər verir ki, həlledici matç Fransa Futbol Federasiyasından Kleman Turpenə tapşırılıb. Köməkçi hakimlər Nikolya Dano və Siril Qrinqor, dördücü hakim Slavko Vinçiç olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma mayın 26-sı keçiriləcək.

0 comments