top of page

Avropa Çempionatı: 3 güləşçimiz finala yüksəlib

Azərbaycanın daha bir sərbəst güləşçisi Maqomedxan Maqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.


90plus.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vladislav Baytsayevi (Macarıstan) məğlub edib. 


O, həlledici dueldə Givi Matçaraşviliyə (Gürcüstan) rəqib olub. 


Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) də qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar. Səbuhi Əmiraslanov (79 kq) bürünc medal, Əli Rəhimzadə (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq. 


Medal görüşləri sabah gerçəkləşəcək. 


Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

0 comments

Comments


bottom of page