Avropa çempionatı ilə bağlı UEFA-nın fərqli planı var



UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən “Avro-2028”də komanda sayını 24-dən 32-ə qaldırmaq fikrindədir.

90plus.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb. Bildirilir ki, qitənin ali futbol qurumu 55 üzv ölkədən 32-sini final mərhələsində görmək istəyir və bununla əlaqədar yerli federasiyalarla ilkin müzakirələr aparılıb.


İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının sədri Maeta Molanqa isə bu ideyaya qarşı çıxıb. Onun fikrincə, komanda sayının artması oyunların keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq, bundan futbolçular və azarkeşlər əziyyət çəkəcək: “Biz ondan narahatıq ki, futbolçular hər şeyi ən sonda öyrənir. Son Avropa çempionatında çıxış edən futbolçuların çoxu İngiltərədə oynayır. Düşünürük ki, onlar mümkün diskussiyalarda fəal rol oynayacaqlar” - deyə o bildirib. Qeyd edək ki, hələlik məsələ ilə bağlı UEFA açıqlama verməyib.

Xatırladaq ki, UEFA "Avro-2016"da komanda sayını 16-dan 24-ə yüksəldib.

0 comments

Recent Posts

See All