Avropa Çempionatına bu güləşçilər gedəcək


Aprelin 19-da Polşanın paytaxtı Varşavada start götürəcək Avropa çempionatı üçün Azərbaycanın sərbəst güləş üzrə milli komandasının heyəti açıqlanıb


90plus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Şamil Zubairov (97 kq) mübarizə aparacaq. Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və rəqiblər müəyyənləşəcək. Növbəti gün 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkilərdə çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.

Qeyd edək ki, sərbəst güləş yığması Varşavaya aprelin 16-da yollanacaq.

0 comments