top of page

Avropa çempionatına dörd gimnastla

İdman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Türkiyənin Antalya şəhərində keçiriləcək 10-cu Avropa çempionatına yola düşüblər.


90plus.az xəbər verir ki, ölkəmizi qitə birinciliyində kişilər arasında Nikita Simonov, İvan Tixonov, qadınlar arasında isə Nazənin Teymurova və Samira Qəhrəmanova təmsil edəcəklər.


Avropa çempionatı 11-16 aprel aralığında keçiriləcək.

0 comments
bottom of page