Avropa Çempionatına hansı güləşçilərimiz gedəcək?


Güləş üzrə Azərbaycan yığmalarının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb. 90plus.az xəbər verir ki, sərbəst güləşdə ölkəni Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Hacımurad Ömərov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcək. Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) qüvvəsini sınayacaq. Qadınların mübarizəsində isə Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) medal qazanmağa çalışacaq. Qeyd edək ki, martın 28-də start götürəcək Avropa çempionatına aprelin 3-də yekun vurulacaq.

0 comments