Avropa Çempionatına yekun vurulub


90plus.az xəbər verir ki, Lissabondakı cüdo üzrə Avropa çempionatına yekun vurulub.


Türkiyə millisi yarışı 2 qızıl medalla 2-ci yerdə başa vurub. Kişilərin yarışında 81 kq çəki dərəcəsində Vedat Albayrakın ardından qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə Kayra Sayit də qızıl qazanıb.


Türkiyə millisi yalnız 2 qızıl, 1 bürünc medala malik Kosovodan geri qalıb. 3-cü yeri 1 qızıl, 3 gümüş, 4 bürünc medalla Fransa tutub.


Azərbaycan yarışda 2 bürünc medalla 15-ci olub. Həmin medalları ölkəmizə Kəramət Hüseynov (60 kq) və Zelim Kotsoyev (100 kq) qazanıb.

0 comments