Avropa çempionatında biletlərin qaytarılması ilə bağlı qərar açıqlanıb!

UEFA AVRO-2020-nin biletlərinin geri qaytarılması üçün son tarixi açıqlayıb.

"90plus" xəbər verir ki, azarkeşlərə verilmiş müddət aprelin 22-də başa çatacaq.

Onlar Bakı vaxtı ilə saat 21:00-dək qitə futbol qurumunun rəsmi saytı vasitəsilə biletləri qaytara bilərlər.

Məkan dəyişdirildikdə və ya stadion tamaşaçı qəbul edə bilmədikdə, bilet alıcıları üçün xüsusi tənzimləmələr aparılacaq və vaxtı çatanda onlara daha ətraflı məlumat veriləcək.

Biletlərin geri qaytarılması mərhələsi başa çatdıqdan sonra satılmış bilet sayı ilə icazə verilən azarkeş sayı müqayisə olunacaq. Bilet sayı çox olarsa, onlar səsvermə yolu ilə ləğv ediləcək. Biletləri ləğv edilmiş azarkeşlər mayda ətraflı məlumat alacaqlar.



Avropa çempionatına pley-offdan vəsiqə qazanmış Macarıstan, Şimali Makedoniya, Şotlandiya və Slovakiya yığmalarının tərəfdarları üçün biletlər mayın əvvəlindən satışa çıxarılacaq

0 comments