Avropa Çempionatında daha bir rekord



İsveç millisinin futbolçusu Emil Forsberq Avropa çempionatında yeni rekorda imza atıb. 90plus.az xəbər verir ki, 30 yaşlı hücumçu E qrupunun 3-cü turunda Polşa ilə matçda buna nail olub. Qarşılaşma başlayandan 1 dəqiqə 22 saniyə sonra hesabı açan forvard çempionatlar tarixinin ən tez ikinci qoluna imza atıb.

Qeyd edək ki, ən sürətli qolun müəllifi isə AVRO-2004-də Yunanıstanla qarşılaşmada 65-ci saniyədə fərqlənmiş Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkodur.

0 comments