Avropa çempionatlarının yubiley qolları

Avropa çempionatları tarixində 700-cü qol qeydə alınıb.

90plus.az xəbər verir ki, yubiley qoluna Avstriya yığmasının hücumçusu Mixael Qreqoriç Şimali Makedoniya ilə AVRO-2020-nin oyununda imza atıb. O, komandasının ikinci qolunun müəllifi olub.


3:1 hesablı qələbəyə imza atan avstriyalıların digər qollarını Ştefan Layner və Marko Arnautoviç vurub. Şimali Makedoniya millisindən isə Qoran Pandev fərqlənib.


Avropa çempionatlarının yubiley qolları


1. Milan Qaliç (Yuqoslaviya - Fransa, 1960) 50. Draqan Caiç (Yuqoslaviya - AFR, 1976) 100. Alen Jiress (Fransa - Belçika, 1984) 150. Marko van Basten (Hollandiya - İngiltərə, 1988) 200. Kim Vilfort (Danimarka - Almaniya, 1992) 250. Yan Suxoparek (Çexiya - Rusiya, 1996) 300. Zlatko Zahoviç (Sloveniya - İspaniya, 2000) 350. Giorqos Karaqunis (Yunanıstan - Portuqaliya, 2004) 400. Tyerri Anri (Fransa - İsveçrə, 2004) 450. Dario Srna (Xorvatiya - Almaniya, 2008) 500. Xavi (İspaniya - Rusiya, 2008) 550. Giorqos Karaqunis (Yunanıstan - Rusiya, 2012) 600. Nani (Portuqaliya - İslandiya, 2016) 650. Cerdan Şakiri (İsveçrə - Polşa, 2016) 700. Mixael Qreqoriç (Avstriya - Makedoniya, 2020)

0 comments