Avropa çempionatlarında rekord!


Polşa millisinin və "Poqon Şetsin" klubunun yarımmüdafiəçisi Katsper Kozlovski Avropa çempionatında rekord müəyyənləşdirib.

90plus.az xəbər verir ki, II turun İspaniya yığması ilə matçında meydana çıxan Kozlovski qitə çempionatları tarixində ən gənc oyunçu olub. O, mötəbər turnirdə 17 yaş 246 günündə debüt edib.

Kozlovski 6 gün əvvəl Xorvatiya ilə görüşdə İngiltərə yığmasının xavbeki Ced Bellingemin müəyyənləşdirdiyi rekordu (17 yaş 349 gün) qırıb.

Qeyd edək ki, İspaniya - Polşa matçında qalib müəyyənləşməyib - 1:1.

0 comments

Recent Posts

See All

UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən “Avro-2028”də komanda sayını 24-dən 32-ə qaldırmaq fikrindədir. 90plus.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily Mail” nəşri məlumat y