"Avropa çempionunu məğlub etdik, indi isə dünya çempionu ilə oynayacağıq"


İspaniya millisinin baş məşqçisi Luis Enrike Millətlər Liqasının finalında Fransa yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.


90plus.az xəbər verir ki, Enrike turnirin qalibi olmaq istədiklərini deyib:


“Millətlər Liqasını qazanmaq istəyirik. Avropa çempionunu məğlub etdik, indi isə dünya çempionu ilə oynayacağıq. Mənim üçün vacib olan komandanı oyuna yaxşı hazırlamaqdır. Oyunumuzu fransızlara göstərmək istəyirik. Öz silahımızla rəqibi vurmağa çalışacağıq”.


Qeyd edək ki, bu gün keçiriləcək İspaniya – Fransa matçına saat 22:45-də start veriləcək. İspaniya millisi yarımfinalda İtaliyaya 2:1 hesabı ilə qalib gəlib.

0 comments