Avropa Çempionatının püşkü atılır 

Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılacaq. 90plus.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil ediləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Turnirdə iştirak edəcək 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olacaq. Final mərhələsinə çıxa bilən Avro-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər. Səbətlərin tərkibi: 1-ci səbət Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna 2-ci səbət Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya 3-cü səbət Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya 4-cü səbət Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi) A qrupu İtaliya (ev sahibi) B qrupu Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika C qrupu Niderland, Ukrayna, A və ya D Liqasının qalibi D qrupu İngiltərə (ev sahibi), C Liqasının qalibi E qrupu İspaniya (ev sahibi), B Liqasının qalibi F qrupu Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

0 comments

Recent Posts

See All