top of page

Avropa klubları FIFA-nın qərarına etiraz etdilər


Avropanın aparıcı klubları 2025-ci ildə ABŞ-da keçirilməsi planlaşdırılan klublararası dünya çempionatında iştirakdan bir-bir imtina edirlər.

90plus.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 



Qeyd olunur ki, FİFA ABŞ-da 32 komandanın iştirakı ilə klublararası dünya çempionatının keçirilməsi ilə bağlı razılığa gəlməyi planlaşdırıb. Funksionerlər hazırda Qətərdə davam edən DÇ-2022 zamanı Avropa klublarının nümayəndələri ilə danışıqlar aparsalar da, əksər komandalardan razılıq almayıblar. FİFA rəhbərliyi bu problemlə əlaqədar nə edəcəyini bilmir. Çünki onların məsələni həll etməyə vaxtları yoxdur.

İndi FİFA-nın 2025-ci il klublararası dünya çempionatını təşkil etməsi üçün çox az vaxtı qalıb. Çünki turnirin formatı hələ razılaşdırılmayıb, təsnifat mexanizmi müəyyən edilməyib. Həmçinin yarış üçün yayımçılar və kommersiya tərəfdaşları ilə danışıqlara başlanmayıb.

0 comments
bottom of page