Avropa Klublar Birliyi İşçi Qrupunun iclasında Qanlı yanvar qurbanları anıldı

20 yanvar 2021-ci il tarixində Avropa Klublar Birliyi İşçi Qrupunun iclası baş tutub


90plus.az xəbər verir ki, İşçi Qrupunun Sədr Müavini, "Qarabağ" klubunun Baş Meneceri Asif Əsgərov da iştirak edib. İclas 20 yanvar tarixinə təsadüf etdiyinə görə, Asif Əsgərovun təşəbbüsü ilə "Qanlı yanvar" hadisələri barədə iclasda iştirak edənlərə qısa məlumat çatdırılıb. Faciədə şəhid olan insanlar iştirakçılar tərəfindən anılıb.


Qeyd edək ki, bəhs olunan İşçi Qrupunun təmsilçiləri Barcelona, Borussia D, Bayer, Juventus, Real, Tottenhem, Leicester City, Man United, Ajax və digər klubların nümayəndə heyətindən idi.



0 comments