Avropa Klublar Birliyindən bəyanat - "Qiyamçı liqa..."

Avropa Klublar Assosiasiyası (ECA) Avropa

Superliqası ilə balı bəyanat yayıb.


90plus.az xəbər verir ki, qurum yeni yaradılmaqda olan liqanı qiyamçı çempionat adlandırıb:

“Qiyamçı Liqanın yaradılması ilə bağlı məlumatlar fonunda 246 aparıcı klubu birləşdirən Avropa klublar Assosiasiyası olaraq, UEFA ilə əməkdaşlığa sadiq qalacağımızı bəyan edirik. Biz ötən həftə İcraiyyə Komitəsinin iclasında qəbul olunan mövqeyimizə sadiqik. Təşkilatımız UEFA ilə birlikdə klub turnirlərinin yeni formatı üzərində işləmək öhdəliyinin üzərində dayanacaq”.

Qeyd edək ki, ECA-ya “Yuventus”un prezidenti Andrea Aynelli başçılıq edirdi. O, bu gün vəzifəsindən istefa verib. Aynelli həm də Avropa Superliqasında vitse-prezident seçilib.

0 comments