top of page

Avropa klublarının Ronaldonun transferindən imtina etməsinin səbəbləri bəlli oldu

UEFA Çempionlar Liqasında çıxış edən bir sıra Avropa klublarının portuqaliyalı futbolçu Kriştiano Ronaldonun transferindən imtina etməsinin səbəbləri bəlli olub.


90plus.az “The Times”-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun noyabrın sonunda “Mançester Yunayted”i qalmaqallı şəkildə tərk etməsi əsas səbəb kimi irəli sürülüb.


Portuqaliyalı futbolçunun DÇ-2022 zamanı millidə əsas heyətdəki mövqeyini itirməsi də burada rol oynayıb. Eyni zamanda, klublar Ronaldonun yaşını və maaş tələblərini nəzərə aldıqdan sonra keçiddən imtina ediblər.



0 comments
bottom of page