Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turuna start veriləcək.
90pluxəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Şotlandiyanın “Seltik” komandası G qrupunda doğma meydanda “Ferentsvaroş”u (Macarıstan) qəbul edəcək.
Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya”nın (Polşa) yer aldığı C qrupunda sabah bir qarşılaşma oynanılacaq. Moskva “Spartak”ı doğma meydanda “Lester”lə qarşılaşacaq. Mahirli “Legiya” isə oktyabrın 21-də “Napoli”nin qonağı olacaq.
Türkiyənin “Fənərbaxça” komandası İstanbulda “Antverpen”lə, “Qalatasaray” isə səfərdə Moskva “Lokomotiv”iylə üz-üzə gələcək.
İstanbul təmsilçilərinin oyunları oktyabrın 21-də olacaq.