Avropa Liqası: Bu gün 3-cü mərhələ yekunlaşır…



Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.


90plus.az xəbər verir ki, ikinci oyun günündə 6 cavab oyunu keçiriləcək.


"Fənərbaxça" Çexiyada "Slovaçko"nun qonağı olacaq. 

Qeyd edək ki, bundan əvvəl "Şemrok Rovers" (İrlandiya) "Şkupi"yə (Şimali Makedoniya)  2:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.

Əlavə edək ki, Avroliqada pley-off mərhələsinin oyunları avqustun 18-i və 25-də baş tutacaq.

Avropa Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunları

11 avqust

20:00. HİK (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya)

İlk oyun - 2:0

21:00. "Slovaçko" (Çexiya) - "Fənərbaxça" (Türkiyə)

İlk oyun - 0:3

21:00. "Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya)

İlk oyun - 2:0

22:00. "Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç)

İlk oyun - 0:3

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:1

23:00. "Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr)

İlk oyun - 1:2

0 comments