top of page

Avropa Liqası: Bu gün Molde-Qarabağ oyunu var


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.


90plus.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşacaq.


Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu görüş 6 xalı olan hər iki komanda üçün qrupdan çıxmaq baxımından çox vacibdir.

"Qarabağ"la "Molde"nin qrupun ilk turunda Bakıda keçirdikləri matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.


H qrupunun digər oyununda "Hekken" (İsveç) "Bayer"i (Almaniya) qəbul edəcək.

30 noyabr

UEFA Avropa Liqası

Qrup mərhələsi, 5-ci tur

00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika) 

Norveç. Molde stadionu

00:00. "Hekken" (İsveç) - "Bayer" (Almaniya)



0 comments
bottom of page