top of page

Avropa Liqası: Həftənin “Ən yaxşı” namizədləri


UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin adı açıqlanıb.


90plus.az xəbər verir ki, bu mükafata 4 futbolçu iddia edir.


Bunlar "Qarabağ"ın qrupdakı rəqibi, Norveç "Molde"sinin oyunçusu Kristian Eriksen, həmçinin Maksimilian Eqqeştayn ("Frayburq", Almaniya), Pedru Qonsalveş ("Sportinq", Portuqaliya) və Saşa Horvatdır (LASK, Avstriya).


Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu UEFA-nın azarkeşlər arasında apardığı səsvermə nəticəsində bəlli olacaq.

0 comments
bottom of page