Avropa Liqası: Həftənin rəmzi komandası açıqlandı

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub.

90plus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "11-lik"də İngiltərə "Tottenhem"indən, Şotlandiya "Reyncers"indən və Norveç "Molde"sindən hərəyə iki futbolçu yer alıb.


Qapıçı: Andreas Linde ("Molde", Norveç)


Müdafiəçilər: Aleksander Ba ("Slaviya", Praqa, Çexiya), Aleksandr Sirota ("Dinamo" Kiyev, Ukrayna), Kiran Tirni ("Arsenal", İngiltərə)


Yarımmüdafiəçilər: Rayan Kent ("Reyncers", Şotlandiya) Dele Alli ("Tottenhem", İngiltərə), Devi Klassen ("Ayaks", Niderland), Eirik Andersen ("Molde", Norveç)


Hücumçular: Jerar Moreno ("Vilyarreal", İspaniya), Alfredo Morelos ("Reyncers", Şotlandiya), Karlos Vinisius ("Tottenhem", İngiltərə)

0 comments