top of page

Avropa Liqası:"Legiya" uduzdu, "Qalatasaray" qalib gəldi!


UEFA Konfrans Liqasının qrup mərhələsində daha 8 oyun keçirilib.

"90plus"un məlumatına görə, bununla da III tura yekun vurulub.

C qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İtaliyada "Napoli"yə 0:3 hesabı ilə uduzub. Matça ehtiyatda başlayan 24 yaşlı forvard 71-ci dəqiqədə Ernest Muçinin əvəzinə meydana daxil olub. Qonaqlar məğlubiyyətə baxmayaraq, ilk pillədəki mövqeyini qoruyub.

Türkiyənin turnirdəki digər təmsilçisi "Qalatasaray" isə E qrupunda Rusiyada Moskva "Lokomotiv"i ilə üz-üzə gəlib. Qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 82-ci dəqiqədə Kerem Aktürkoğlu vurub. Bununla da xallarını 7-yə çatdıran "sarı-qırmızılılar" ilk pillədə qalıb. Meydan sahibləri isə 1 xalla sonuncudur.

0 comments
bottom of page