Avropa Liqası: Mahir Neapol səfərinə yollanır, "Fənərbağça" evdə, "Qalatasaray" səfərdə!


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

"90plus"un məlumatına görə, üçüncü oyun günündə daha 14 qarşılaşma təşkil olunacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İtaliyada "Napoli" ilə üz-üzə gələcək.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" Belçika "Antverpen"ini qəbul edəcək. D qrupunun digər görüşündə Yunanıstan "Olimpiakos"u Almaniyada "Ayntraxt" (Frankfurt) klubunun qonağı olacaq.

E qrupunda "Qalatasaray" Rusiyada "Lokomotiv" (Moskva) komandası ilə, "Latsio" isə İtaliyada Fransa "Marsel"i ilə qarşılaşacaq.

0 comments