
UEFA Avropa Liqasında (AL) pley-off mərhələsinin püşkü atılıb. 90plus.az xəbər verir ki, mərasimdə qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqası qruplarında 3-cü yeri tutmuş eyni sayda komanda iştirak edib. Püşkün nəticəsinə əsasən, pley-off cütlükləri məlum olub. UEFA Avropa Liqası Pley-off mərhələsi "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) "Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya) "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) "Zenit" (Rusiya) - "Betis" (İspaniya) "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya) "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) Qeyd edək ki, pley-off mərhələsində ilk görüşlər 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaq.