top of page

Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.


90plus.az xəbər verir ki , "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.


Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.


Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.


UEFA Avropa Liqası


Qrup mərhələsi, III tur


6 oktyabr


23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)


Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)


Pirey, "Georgios Karaiskakis"


Xal durumu: "Frayburq" - 6, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0.



0 comments
bottom of page