top of page

Avropa Liqası: “Roma”nın zədəliləri qayıdıb

“Roma” bu gün Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bayer”lə (Leverkuzen) qarşılaşacaq.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, “canavarlar”ın çalışdırıcısı Joze Mourinyo müdafiəçi Kris Smollinq və hücumçu Paulo Dibalanın bu matçda mübarizə apara biləcəklərini açıqlayıb.


Xatırladaq ki, ingiltərəli futbolçu əzələ zədəsi səbəbindən üç həftədir oynaya bilmir. Argentinalı forvard isə İtaliya A Seriyasının 35-ci turunun “Bolonya” ilə görüşünü (0:0) buraxıb.


“Roma” yarımfinalın ilk qarşılaşmasında Bundesliqa klubunu minimal hesabla məğlub edib – 1:0. Cavab matçı bu gün, saat 23:00-da başlayacaq.

0 comments
bottom of page