top of page

Avropa Liqası: "Roma" səfərdə məğlub oldu

UEFA Avropa Liqasında 1/4 final oyunlarına start verilib.


90plus.az - ın məlumatına görə, bu mərhələnin açılış matçında İtaliya "Roma"sı Niderlandda "Feyenoord"un qonağı olub.


Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 53-cü dəqiqədə Mats Viffer vurub. 43-cü dəqiqədə isə "canavarlar"dan Lorentso Pelleqrini penaltidən yararlana bilməyib.


Komandalar arasında cavab oyunu aprelin 20-də keçiriləcək.


UEFA Avropa Liqası

1/4 final

13 aprel


20:45. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) - 1:0

Qol: Mats Mats Viffer, 53

İstifadə edilməyən penalti: Lorentso Pelleqrini, 43


Qeyd edək ki, 1/4 finalın digər 3 matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



0 comments
bottom of page