Avropa Liqasının bu oyununun yeri dəyişdirilib

90plus.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsində "Molde" (Norveç) və "Granada" (İspaniya) arasında keçiriləcək cavab matçının yeri dəyişdirilib. Buna səbəb koronavirusa görə qoyulan məhdudiyyətlərdir.


Daha öncə Norveçdə keçirilməli olan matç martın 18-də Budapeştdə (Macarıstan) keçiriləcək.

0 comments