UEFA Avropa Liqasında digər finalçının da adına aydınlıq gəlib.
90plus.az - ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İtaliya "Yuventus"una 2:1 hesabı ilə qalib gələn "Sevilya" tarixində 7-ci dəfə bu turnirdə adını finala yazdırıb.
Komandalar arasında keçirilmiş ilk görüş heç-heçə yekunlaşmışdı - 1:1.
"Sevilya" finalda İtaliyanın digər təmsilçisi "Roma" ilə qarşılaşacaq.
