Avropa Liqasında həftənin rəmzi komandası


90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.


Qapıçı: David De Xea ("Mançester Yunayted", İngiltərə)

Müdafiəçilər: Kiran Tirni, Pablo Mari (hər ikisi "Arsenal", İngiltərə), Raul Albiol ("Vilyarreal", İspaniya), Rik Karsdorp ("Roma", İtaliya)

Yarımmüdafiəçilər: Pedro Rodriges, Brian Kristante, Lorentso Pelleqrini (hamısı "Roma"), Bukayo Saka ("Arsenal", İngiltərə)

Hücumçular: Edin Ceko ("Roma", İtaliya), Edinson Kavani ("Mançester Yunayted", İngiltərə)

0 comments