Avropa Liqasında V tura yekun vuruldu

UEFA Avropa Liqasında V tura yekun vurulub.


90plus.az xəbər verir ki, C, E, F, G və H qruplarında növbəti oyunlar keçirilib.


Türkiyə təmsilçisi "Trabzonspor" Serbiyada "Srvena Zvezda"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə qardaş ölkə təmsilçisi növbəti mərhələyə yüksəlmək şanslarını növbəti tura saxlayıb. 


H qrupunda "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa) görüşündə isə qalib müəyyənləşməyib - 1:1.


İtaliya "Roma"sı səfərdə HİK-ə (Finlandiya) qalib gələrək pley-off şanslarını davam etdirib. 


UEFA Avropa Liqası Qrup mərhələsi, IV tur 27 oktyabr


A qrupu


20:45. PSV (Niderland) - "Arsenal" (İngiltərə) - 2:0


20:45. "Sürix" (İsveçrə) - "Budö Qlimt" (Norveç) - 2:1


Xal durumu: "Arsenal" - 12, PSV - 10, "Budö Qlimt" - 4, "Sürix" – 3


B qrupu


20:45. AEK (Larnaka, Kipr) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:3


20:45. "Fənərbağça" (Türkiyə) - "Renn" (Fransa) - 3:3


Xal durumu: "Fənərbaxça" – 11, "Renn" - 11, AEK – 4, “Dinamo” - 1


C qrupu


20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Betis" (İspaniya) - 0:1


23:00. HİK (Finlandiya) - "Roma" (İtaliya) – 1:2


Xal durumu: "Betis" - 13, "Lüdoqorets" - 7, "Roma" - 7, HİK - 1


D qrupu


20:45. "Malmö" (İsveç) - "Yunion" (Belçika) - 0:2


20:45. "Yunion" (Berlin, Almaniya) - "Braqa" (Portuqaliya) - 1:0


Xal durumu: "Yunion" - 13, "Yunion" (Berlin) - 9, "Braqa" - 7, "Malmö" - 0


E qrupu


23:00. "Mançester Yunayted" (İngiltərə) - "Şerif" (Moldova) – 3:0


23:00. "Omoniya" (Kipr) - "Real Sosyedad" (İspaniya) – 0:2


Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 12, "Şerif" - 3, "Omoniya" - 0


F qrupu


20:45. "Latsio" (İtaliya) - "Midtüllan" (Danimarka) - 2:1


23:00. "Şturm" (Avstriya) - "Feyenoord" (Niderland) – 1:0


Xal durumu: "Latsio" - 8, "Şturm" – 8, "Feyenoord" - 5, "Midtüllan" - 5


G qrupu


23:00. "Frayburq" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) – 1:1


23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan) – 2:1


Xal durumu: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6, "Olimpiakos" - 2


H qrupu


23:00. "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa) – 1:1


23:00. "Srvena Zvezda" (Serbiya) - "Trabzonspor" (Türkiyə) – 2:1


Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 7, "Trabzonspor" - 6, "Srvena Zvezda" - 6


Qeyd edək ki, turun bütün nəticələrindən sonra Türkiyənin "Fənərbağça", İngiltərənin "Arsenal" və "Mançester Yunayted", Fransanın "Renn", Almaniyanın "Frayburq", İspaniyanın "Betis" və "Real Sosyedad", Niderlandın PSV, Macarıstanın "Ferentsvaroş" və Belçikanın “Yunion” klubları qrupdan çıxmağı təmin ediblər.



0 comments