Avropa Liqasında yarımfinalçılar müəyyənləşir

Bu gün Avropa Liqasında bütün yarımfinalçıların adına aydınlıq gələcək. 90plus.az xəbər verir ki, 1/4 finalda 4 cavab matçının hamısı 23:00-da başlayacaq. İngiltərə təmsilçilərindən "Arsenal" "Slaviya"nın qonağı olacaq, "Mançester Yunayted" isə "Qranada"nı qəbul edəcək. İtaliya "Roma"sı Niderland "Ayaks"ı ilə doğma meydanda qarşılaşacaq. "Vilyarreal" isə İspaniyada "Dinamo"nu sınağa çəkəcək. UEFA Avropa Liqası, 1/4 final, cavab oyunları


15 aprel

23:00. "Vilyarreal" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) İlk oyun - 1:0

23:00. "Roma" (İtaliya) - "Ayaks" (Niderland) İlk oyun - 2:1

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Arsenal" (İngiltərə) İlk oyun - 1:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Qranada" (İspaniya)

0 comments