top of page

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazandı, “Qarabağ” səfərdə darmadağına sevindi

UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulub.


90plus.az xəbər verir ki, ümumilikdə 8 qrupda 16 qarşılaşma keçirilib.


Londonda baş tutan “Arsenal” - "Budö Qlimt" (Norveç) görüşü meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.


İtaliya “Roma”sı ilə İspaniya “Betis”i arasındakı oyun də gecənin maraqlı matçlarından olub. Qarşılaşmada qonaqlar qələbəyə seviniblər – 1:2.

Türkiyə təmsilçisi “Fənərbağça” isə Kipr AEK-ini İstanbuldan əliboş yola salıb – 3:0.


"Köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.


UEFA Avropa LiqasıQrup mərhələsi, III tur6 oktyabr


A qrupu

20:45. "Sürix" - PSV (Niderland) - 1:5


23:00. "Arsenal" (İngiltərə) - "Budö Qlimt" (Norveç) – 3:0


Xal durumu: "Arsenal" - 6, "Budö Qlimt" - 4, PSV - 4, "Sürix" – 0


B qrupu

23:00. "Fənərbaxça" (Türkiyə) - AEK (Larnaka, Kipr) – 2:0


23:00. "Renn" (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:1


Xal durumu: "Fənərbaxça" – 7, "Renn" – 7, AEK – 3, “Dinamo” - 0


C qrupu

20:45. HİK (Finlandiya) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1


23:00. "Roma" (İtaliya) - "Betis" (İspaniya) – 1:2


Xal durumu: "Betis" - 9, "Lüdoqorets" - 4, "Roma" - 3, HİK - 1


D qrupu

20:45. "Malmö" - "Yunion" (Berlin, Almaniya) - 0:1


23:00. "Braqa" (Portuqaliya) - "Yunion" (Belçika) – 1:1


Xal durumu: "Braqa" - 9, "Yunion" - 6, "Yunion" (Berlin) - 3, "Malmö" - 0


E qrupu

20:45. "Omoniya" (Kipr) - "Mançester Yunayted" (İngiltərə) - 2:3


20:45. "Şerif" (Moldova) - "Real Sosyedad" (İspaniya) - 0:2


Xal durumu: "Real Sosyedad" - 6, "Mançester Yunayted" - 3, "Şerif" - 3, "Omoniya" - 0


F qrupu

20:45. "Şturm" (Avstriya) - "Latsio" (İtaliya) - 0:0


23:00. "Midtüllan" (Danimarka) - "Feyenoord" (Niderland) – 2:2


Xal durumu: "Feyenoord" - 4, "Midtüllan" - 4, "Latsio" - 4, "Şturm" – 4


G qrupu

23:00. "Olimpiakos" (Yunanıstan) – "Qarabağ" (Azərbaycan) – 0:3


23:00. "Frayburq" (Almaniya) - "Nant" (Fransa) – 2:0


Xal durumu: "Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0


H qrupu

20:45. "Srvena Zvezda" (Serbiya) - "Ferentsvaroş" (Macarıstan) - 4:1


20:45. "Monako" (Fransa) - "Trabzonspor" (Türkiyə) - 3:1


Xal durumu: "Ferentsvaroş" - 6, "Trabzonspor" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0

0 comments
bottom of page