top of page

Avropa Liqasının qalibi müəyyənləşir

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək. 90plus.az xəbər verir ki, həlledici matçda İspaniya "Vilyarreal"ı İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gələcək. Polşanın Qdansk şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək. Qeyd edək ki, "Qarabağ"ın yer aldığı I qrupundan lider kimi pley-off adlayan "Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasında final oynayacaq. Avropa Liqası, final 26 may 23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) Baş hakim: Kleman Türpen (Fransa) Polşa, Qdansk stadionu.

0 comments
bottom of page